...

Dolların məzənnəsinin aşağı düşməsi Azərbaycanın qızıl məmulatları bazarında ajiotaja səbəb olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2007 21:25 (UTC +04:00)
Dolların məzənnəsinin aşağı düşməsi Azərbaycanın qızıl məmulatları bazarında ajiotaja səbəb olub

Azərbaycan, Bakı / Trend / Qızıl əmanatələrin qorunub saxlanması vasitəsi kimi həmişə Azərbaycan əhalisi arasında böyük şöhrətə malik olub. Əhalinin daim zərgərlik əşyalarının satılıdığı piştaxtaların ətrafına torplaşması göstərir ki, bu ölkədə qızıl məmulatlarının əldə edilməsi uğurlu kapital yığımı yollarından biridir. "Qızıl həmişə baha olub və onu asanlıqla "dar gündə" pula çevirmək mümkündür" - deyə demək olar ki, bütün alıcılar hesab edir.

Dolların məzənnəsinin aşağı düşməsi Azərbaycanın qızıl məmulatları bazarında ajiotaja səbəb olub. Dolların məzənnəsi barədə heç də ürəkaçan olmayan məlumatlar və qızılın qiyməti barədə zidd proqnozlar Azərbaycan vətəndaqşlarını dolları qiymətli metallara dəyişməyə sövq edir. Həm əhalinin, həm də zərgərlərin qızıla olan tələbatı Azərbaycanda qızıl əşyalarının qiymətinin sürətlə qalxmasına səbəb olur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2007-ci ilin yanvar-sentyabr aylarında zərgərlik əşyalarının qiymətinin indeksinin artımı ötən ilin analoji dövrünun göstəricisi ilə müqayisədə 107,2% təşkil edib.

Azərbaycanın qızıl əşyaları bazarında qiymətlər bir çox hallarda dünya bazarlarında qızılın qiymətinin artması ilə bağlıdır. Əgər iki il bundan əvvəl 750 əyar qızılı qramına görə 13-14 manat, 585 əyar qızılın qramını isə 10 manata almaq olurdusa, hazırda bu göstəricilər iki dəfə artıb. Ötən cümə axşamı dünya bazarlarında qızılın qiyməti son 27 ildə ilk dəfə olaraq bir unsiya üçün 770 dollar təşkil edib.

Qiymətlər birbaşa olaraq neftin qiymətindən və dolların məzənnəsindən asılı olaraq dəyişir. Neftin yüksək qiyməti infilyasiyanın artımına səbəb olur ki, bu da öz növbəsində infilyasiya risklərindən sığorta aləti kimi qızılın qiymətini artırır. Əgər cümə günü, oktyabrın 19-da qızılın bir unsiyasının qiyməti 764,5 dollar idisə, bir gün əvvəl qiymətlər 28 ildə ilk dəfə olaraq bir unsiya üçün 770,9 dollara qalxıb, oktyabrın 22-də qızılın troy unsiyası dünya bazarlarında 2% aşağı düşərək 750 dollar təşkil edib. Həmin gün İCE və NYMUX birjalaranda əqdlərin yekunlarına əsasən neftin qiyməti aşağı düşüb.

Azərbaycanda qızılın qiymətinin belə tərüddüd etməsi bu növ qiymətli metalın idxalı ilə izah olunur. Zəngin əlvan metal yataqlarına malik Azərbaycanın müstəqillik əldə etməsindən əvvəl geoloqların axtarış-kəşfiyyat işləri aparmasına baxmayaraq qızılın sənaye üsulu ilə geniş miqyasda hasilatı mövcud deyildi. 10 il bundan əvvəl Azərbaycan hökuməti və "R.V. Investment" şirkəti arasında ölkənin cənub-qərbində altı qızıl və gümüş yatağının işlənməsinə dair müqavilə Azərbaycan qızılının hasilat və ixracını yalnız gələn il nəzərdə tutur.

Azərbaycanın qızıl yataqlarına xarici sərmayədarların marağının artması qiymətli metallar bazarında müsbət tendensiyanın olmasını göstərir. İnkişaf etməkdə olan ölkələrin dinamik inkişafı ilə müşayiət olunan qlobal iqtisadiyyatın möhkəmlənməsi təbii resursların çatışmazlığına gətirib çıxarır. Gərgin siyasi vəziyyət fonunda dünya iqtisadiyyatının hazırki inkişafı həm enerji daşıyıcıları, həm də əlvan metallara olan qiymətlərin yüksək olaraq qalmasına səbəb olacaq.

Azərbaycanın dünya miqyasında həm "qara qızıl"ın, həm də sözün əsl mənasında qızıla malik bir dövlət kimi şöhrət qazanacağını gözləməsini barədə fikir yürütmək tez olardı. Mümkündür ki, Azərbaycanda Dövlət Neft Fondu fəaliyyət göstərsin, buraya Azərbaycanda hasil olunan qızılın reallaşmasından daxil olan vəsaitlər toplansın, dövlət büdcəsi isə bu qiymətli metal hesabına daha da zənginləşsin.

Azərbaycanın qızılı əşyaları alan alıcıları ehtiyatlı olmalıdırdar ki, saxta məhsullar almasınlar. Yerli bazarda qızıl məhsullarının böyük seçiminin olmasına baxmayaraq keyfiyyətli bəzək əşyası almaq heç də asan iş deyil. Çox vaxt bəzək əşyasındakı qatışıqlar normadan çox olur və qızıl öz qiymətini itirir. Lakin bu qızılın alışı zamanı deyil, qızılın yenilən satılması zamanı zərgərlərin onun əyarının aşağı olması və bu səbədən də aşağı qiymətə satılması barədə qərar verərkən özünü göstərir.

(Ellada Xankişiyeva - Trend ın analitik mərkəzinin eksperti)

Xəbər lenti

Xəbər lenti