...

AMB Beynəlxalq İnvestisya Bankının Əmrahbankın investorları sırasına daxil olmasına rəsmi icazə verməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2007 16:50 (UTC +04:00)
AMB Beynəlxalq İnvestisya Bankının Əmrahbankın investorları sırasına daxil olmasına rəsmi icazə verməyib

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Əmrahbankın səhmdarları sırasına xarici investorun cəlb olunması ilə bağlı Azərbaycan Milli Bankına rəsmi müraciət daxil olmayıb. Bu barədə çərşənbə günü AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Adışirin Qasımov məlumat verib.

Bank qanunvericiliyinə müvafiq olaraq, səhmlərin 10 faizindən çox hissəsi satılarkən razılaşma Milli Bankla aparılmalıdır. AMB, öz növbəsində, investorun etibarına diqqət yetirir, səhmdara aid tələblər isə, qanunvericiliyə müvafiq olaraq tərtib edilir.

Bəhreyndə yerləşən Beynəlxalq İnvestisiya Bankı Azərbaycanın Əmrahbankının investisiyalaşdırılmasını elan edib. Razılaşma Əmrahbankın səhmlərinin 49 faizinin alınmasını nəzərdə tutur. Beynəlxalq İnvestisiya Bankı hesab edir ki, qoyulan investisiyaların qaytarılma əmsalı illik 21 faizdən çox təşkil edəcək.

Beynəlxalq İnvestisiya Bankı Əmrahbankı yüksək keyfiyyətli maliyyə xidmətləri göstərən tam islam bankına çevirmək niyyətindədir. Lakin Azərbaycanın mövcud qanunvericiliyinə əsasən, islam bankçılığı əsasında bank əməliyyatlarının aparılması nəzərdə tutulmayıb. Milli Bankda hesab edirlər ki, islam prinsipləri əsasında bank fəaliyyətinin həyata keçirilməsi AR Konstitusiyasına ziddir. Belə ki, Konstitusiya dini əsaslarla institut yaradılması hüququ vermir.

Bunun qeyri- mümkünlüyü İslam ölkələrində banklar üzərində ikiqat nəzarətin müəyyən olunması ilə də bağlıdır. Belə ki, bank tənzimlənməsi bazel prinsipləri və İslam standartları üzrə həyata keçirilir. Ərəb Əmirlikləri buna nümunədir.

Lakin hökumət nümayəndələrinin Azərbaycanda İslam banksçılığının dəstəklənməsi barədə son bəyantları, həmçinin, BMİ cəhdləri nəzərə alınarsa, hesab etmək olar ki, ölkədə, həqiqətən, bu cür maliyyə institutlarının fəaliyyəti üçün şərait yaradılacaq.

Əmrahbankdan idarə heyətinin sədri Mahmud Ağamalıyevin respublikada olmaması səbəbindən, bu məlumatı şərh etməyiblərlər.

Azərbaycanda şəriət prinsipləri əsasında bank xidmətlərini həyata keçirmək istəyən daha bir bank Kauthar bankıdır.

Ümumilikdə isə, Azərbaycanın bank sahəsi son zamanlar müxtəlif xarici banklar və fondlar üçün böyük investisya marağı kəsb edir. Rusiya bankı Vneştorqbank da, həmçinin, AF Bank-ın səhmlərinin 50 faizindən çoxuna sahib olmaq niyyətini bəyan edib. Baxmayaraq ki, xarici kapitalın ölkənin bank bazarında iştirakı üç ildən çoxdur ki, liberallaşdırlıb, bu müddət ərzində xarici bankların nə filialı, nə də törəmə müəssisəsi açılmayıb.

Xəbər lenti

Xəbər lenti