...

BMK və Azərbaycan Bank Tədris Mərkəzi kommersiya bankları üçün seminar keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2007 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir A.Bədəlova/ Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) ilə birgə kommersiya bankları üçün "Daxili Audit və Daxili Nəzarət" mövzusuna həsr olunmuş seminar keçirib.

Bu barədə Azərbaycan korporativ idarəetmə layihəsinin məlumatında göstərilib.

Seminarda effektiv daxili nəzarət sistemi üçün adekvat struktur, banklarda bank nəzarəti üzrə Bazel komitəsinin daxili auditə dair təlimatı, risklərə əsaslanan audit üzrə müzakirələr aparılıb. Seminarın açılışında İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin proqram meneceri Tomas Meyer və Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev iştirak edib.

Seminarda 20-dən artıq bankın nümayyəndələri iştirak ediblər.

BMK Dünya Bankı Qrupunun üzvüdür və inkişaf dövründə olan ölkələrdə davamlı iqtisadi inkişafı dəstəkləyir, yerli və beynəlxalq maliyyə bazarlarına özəl kapitalı mobilizə edir və hökumət və biznes strukturlarını məsləhət və risklərin azaldılması xidmətləri ilə təmin edir.

Xəbər lenti

Xəbər lenti