...

Azərbaycan Dövlət Dəniz Administrasiyası sürətli kater əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2007 15:13 (UTC +04:00)
Azərbaycan Dövlət Dəniz Administrasiyası sürətli kater əldə edib

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Azərbaycan Dövlət Dəniz Administrasiyasının balansına yeni sürətli kater daxil olub. Bu barədə cümə axşamı Administrasiyadan məlumat verilib. Kater Azərbaycanın sərhəd sularında hər hansı bir qanun pozuntusuna qarşı cəld reaksiya vermək üçün istifadə olunacaq.

Azərbaycan Dövlət Dəniz Administrasiyası dəniz nəqliyyatı sahəsində ölkə siyasətini həyata keçirən və nizamlayan mərkəzi dövlət orqanıdır. Bu orqan üzgüçülüyün təhlükəsizliyi və qaydalara əməl olunmasının təşkili sisteminə nəzarətb də həyata keçirir. Bu məqsədlə Administrasiya katerlə təmin edilib.

Administrasiyanın vəzifələrinə gəmi, liman, liman sahəsi sahibləri, gəmi kapitanları və heyətinin konvensiya və daxili qanunlara riayət edilməsinə nəzarət daxildir.

Xəbər lenti

Xəbər lenti