...

Azərbaycanın sığorta şirkətinin yanvar-sentyabr ayları ərzində yığımlarının həcmi 13 milyon manat təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2007 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın iri sığorta şirkətlərindən biri olan "Azal Sığorta" ilin üçüncü rübü ərzində sığorta haqlarının həcmini 1 mln. manat artırmaqla, 13,036 manata çatdırıb. Bu barədə şirkətin məlumatında bildirilir. Şirkətin sığorta ödənişləri bu dövr ərzində 327,8 min manat təşkil edib.

Yanvar-sentyabr ayları ərzində şirkətin sığorta haqları 12,36 manat, ödənişləri 0,38 mln. manat təşkil edib.

Şirkətin məlumatında bildirilir ki, bu dövr ərzində sığorta növləri üzrə sığorta haqlarının ən böyük göstəricisi bədbəxt hadisələrin payına düşür-- 11,929 mln. manat. Əmlakın sığortasının satışı ikinci yeri tutur, 847 min manat, üçüncü yerdə sərnişinlərin icbari sığortasıdır ki, bu da 90,9 min manat təşkil edir.

Yanvar-sentyabr ayları ərzində şirkət sığortanın yalnız üç növü üzrə ödənişlər həyata keçirib: bədbəxt hadislərdən sığorta-- təxminən 278,4 min manat, əmlakın sığortası-- 41,4 min manat, bədbəxt hadisələrdən fərdi şəkildə sığorta-- 7,9 min manat.

Sığorta haqlarının həcmi üzrə lider olan "Azal Sığorta" 1995-ci ildən fəaliyyət göstərir. Şirkətin Nizamnamə Kapitalı 1 mln. manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti