...

Azərbaycanın sığorta şirkətlərinin gəlirləri ilin əvvəlindən bəri 120 mln. dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2007 18:45 (UTC +04:00)
Azərbaycanın sığorta şirkətlərinin gəlirləri ilin əvvəlindən bəri 120 mln. dolları ötüb

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Maliyyə Nazirliyi yanvar-sentyabr ayları ərzində Azərbaycanın sığorta şirkətlərinin fəaliyyətlərinin yekunlarını açıqlayıb.

Nazirliyin məlumatlarına əsasən, aşağıda göstərilən cədvəldə ilk onluğa daxil olan bankların ümumilikdə sığorta gəlirləri 101,42 mln. manat, ödəmələri isə 24,2 mln. manat olub.

Sığorta şirkəti Yanvar-sentyabr ayları ərzində gəlir (mln. manat) Yanvar-sentyabr ayları ərzində ödəmələr (mln. manat) Yanvar-iyun ayları ərzində gəlir (mln. manat) Yanvar-iyun ayları ərzində ödəmələr (mln. manat)
Azersigorta 13,94 6,34 9,72 3,64
Azal Sigorta 13,04 033 12,36 0,28
Atesgah 12,85 2,45 10,84 1,56
Standard Insurance 11,09 2,06 7,90 10,24
MBask 8,67 2,15 4,46 1,47
MSK 7,04 0,83 4,22 0,83
Xalq Sigorta 5,18 0,73 3,29 0,44
Pasa Sigorta 5,02 0,08 1,79 0,02
A Qroup 4,37 1,45 2,89 1,26
Ata Sigorta 3,13 0,47 2,17 0,25
Azərbaycanda fəaliyyət göstərən cəmisi 29 şirkət üzrə 101,42 24,20 70,68 16,26

Ilk onluğa daxil olmayan şirkətlərinin gəlirləri 0,04 -- 3,08 mln. manat civarındadır.

Azərbaycan Milli Bankının məlumatına əsasən, oktyabrın 25-də dolların manata nisbətdə məzənnəsi 0,84 AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti