...

9 ay ərzində manatın real effektiv kursu Türkiyə istisna olmaqala bütün ticarət partnyorları ölkələrinin valyutalarına qarşı möhkəmlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2007 04:36 (UTC +04:00)

Azərbaycan , Bakı / Trend müxbir İ.Xəlilova / Azərbaycan milli bankının hesablamalarına görə , sentyabr ayında , neft sektorunu nəzərə almaqla , manatın real effektiv kursu (REK) ölkənin xarici ticarət partnyorlarının valyutalarına nisbətən ümumi ticarət dövriyyəsində 4,9 faiz , importda - 4,5 faiz , eksportda isə 5,1 faiz bahalaşıb . AMB-də bildiriblər ki , keçən ilin analoji dövründə REK-in ticarət dövriyyəsində möhkəmlənməsi 6,4 faiz , importda - 6,2 faiz , eksportda isə 6,6 faiz təşkil edib .

Təhqiqatlar onu da göstərib ki , xarici ticarətdə ( neft sektoru nəzərə alınmaqla ) REK-in artımına ABŞ həcminin təsiri yanvar-sentyabr aylarında 0,4 faiz , Avrozonanın - 3 faiz , İngiltərənin - 0,7 faiz , Rusiyanın - 0,2 faiz , Gürcüstanın - 0,1 faiz , İsrailin - 0,3 faiz , Ukraynanın - 0,1 faiz , Yaponiyanın - 0,3 faiz təşkil edib . Həmin müddətdə Qazaxstan , Türkiyə və İranın həcmləri neytral qalıb .

2006 debrına münasibətdə qeyri neft sektorunda REK ümumi ticarət dövriyyəsində 3,7 faiz möhkəmlənib , importda - 3,7 faiz və eksportda - 1,8 faiz , keçən ilin analoji dövrü ilə müqayisədə isə 5,3 faiz , 5,7 faiz və 3 faiz artıb .

Qeyri neft sektorunda REK-in azalma templəri 2000 dekabrına nisbətdə ümumi ticarət dövriyyəsində ( neft sektorunu çıxmaqla ) 12,4 faiz , importda - 10,2 faiz , eksportda isə 22,9 faiz təşkil edib . Neft sektoru daxil olmaqla isə REK-in azalma templəri müvafiq olaraq 6,6 faiz , 8,7 faiz və 4,9 faiz təşkil edib .

Yanvar-sentyabr aylarında manatın real kursunun ABŞ, İran, Ukrayna və Yaponiya valyutalarına nisbətdə güclənməsi manatın nominal kursunun güclənməsi templərini üstələyib . Eyni zamanda , manat Türkiyə , Gürcüstan , İngiltərə , Qazaxstan , İsrail və Rusiya valyutalarına nisbətdə uczlaşıb . Real olaraq isə türk lirəsi istisna olmaqla , bütün valyutalara nisbətdə manat güclənib . Bu fakt Azərbaycanda inflyasiyanın artım templərininin bu ölkələrdə istehlak qiymətlərinin artımının üstələməsi ilə izah olunur .

AMB belə qərar gəlib ki , uzun müddətdə (2000 - sentyabr 2007) manatın REK ucuzlaşıb ki , bu da AR-in əsas ticarət partnyorları ilə xarici ticarətdə şərtlərin məqbul olduğunu göstərir . 2001-2007 illərdə Azərbayanda inflyasiyanın səviyyəsi 56,1 faiz təşkil edib , halbuki ölkənin ticarət partnyorlarında qiymət artımı ortalama 77,2 faiz olub .

Xəbər lenti

Xəbər lenti