...

Vergilər Nazirliyi vergi qanunvericiliyinə dəyişiklikləri ilin birinci yarısından gec olmayaraq qəbul etməyi təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2007 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ Cümə günü parlamentin iqtisadi əməkdaşlıq komissiyasının iclasında 2008-ci ilin dövlət büdcəsi çərçivəsində, Vergi Məcəlləsinə dəyişikliklərin və əlavələrin edilməsinə dair müzakirələr başlanıb. Vergilər nazirinin müavini Natiq Əmirovun verdiyi məlumata görə, vergi qanunvericiliyinə edilən dəyişiklik və əlavələr beş istiqamətdə bölünüb: 20 redaksiya xarakterli dəyişiklik, 6 vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi istiqamətində olan dəyişiklik və əlavələr, 9 vergi siyasətinin inkişafı və təkmilləşdirilməsi istiqamətində, 9 vergi nəzarətinin effektivliyinin artırılması istiqamətində, 20 vergi idarəetməsi sisteminin təkmilləşdirilməsi istiqamətində olan dəyişiklik və əlavələr.

Dəyişikliklərdə Azərbaycanda xusüsi iqtisadi zonalar və ixrac məqsədləri üzrə neft-qaz fəaliyyəti üzərində vergiqoyma və vergi nəzarəti kimi məsələlər nəzərə alınıb. "Bununla əlaqədar olaraq, bu kimi fəaliyyətin tənzimlənməsi üçün ayrı-ayrı qanunların yaradılması nəzərdə tutulur" - deyə nazirin müavini bildirib.

"Gələcəkdə yeni qanunların qəbul edilməsi ilə əlqədar olaraq yaranacaq problemlərin qarşısını almaqda xüsusi iqtisadi zonaların və neft-qaz fəaliyyətinin ixrac istiqamətini nəzərə alaraq, Vergi Məcəlləsinə dəyəşikliklərin edilməsi nəzərdə tutulmayıb" - deyə Əmiorov bildirib.

Nazir müavini, həmçinin, bildirib ki, son illər ərzində subyektlərin fəaliyyətlərini tənzimlənməsi və onların fəaliyyət planı hazırlaması üçün, gələn il Vergi Məcəlləsinə dəyişiklik və əlavələrin ilin birinci yarısında qəbul olunmasını təmin etmək məqsədilə, parlamentə maksimum mayın 15-nə qədər təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti