...

İcra hakimiyyətinin rəhbəri: "Bakıda qəza vəziyyətində olan binalar söküləcək" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2007 20:16 (UTC +04:00)
İcra hakimiyyətinin rəhbəri: "Bakıda qəza vəziyyətində olan binalar söküləcək" (video)

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Cümə günü Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun verdiyi məlumata görə, Bakıda qəza vəziyyətində olan və həyat üçün təhlükə yaradan köhnə binalar Fövqəladə Hallar Nazirliyinin göstərişi ilə söküləcək, həmin mənzillərin sakinlərinə isə, yeni evlərdə mənzillər veriləcək.

Sakinlərə əvvəllər malik olduqları evlərdən minimum iki dəfə böyük yaşayış sahəsi veriləcək. "Əlbəttə ki, sakinlərin özlərinin razılığı ilə" - deyə Abutalıbov bildirib.

Avqust ayında Bakıda tikilməkdə olan 16 mərtəbəli bina uçub, nəticədə, 25 nəfər həlak olub.

Merin sözlərinə görə, Azərbaycanın tikinti sektorunda qayda-qanun yaradılmalıdır.

"Qanunu pozan tikinti şirkətləri və sahibkarlar cəzalandırılacaq" - deyə Abutalıbov bildirib.

İcra başçısının sözlərinə görə, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi bütün tikililərdə yoxlamalar aparır və bu sektorda mövcud olan özbaşınalıq aradan qaldırılacaq.

Xəbər lenti

Xəbər lenti