...

Bakıda yeni beynəlxalq dəniz ticarət limanının tikintisinin dəyəri 400 mln. dolları ötə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2007 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycanda yeni beynəlxalq dəniz ticarət limanının tikintisinin dəyəri 396-422 mln dollar civarındadır. Tikintinin son qiyməti Azərbaycan hökumətinin təsdiqləyəcəyi layihədən asılıdır. Bunu cümə günü Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin rəhbəri Sədrəddin Məmmədov bildirib.

Limanın layihələndirmə işini? məsləhətləşmələrin aparıldığı GS Engineering & Construction Koreya şirkəti həyata keçirir.

Yeni beynəlxalq ticarət limanının tikintisinmn təməlinin 2008-ci ilin birinci yarısında qoyulması planlaşdırılır.

Hazırda liman Bakı şəhərinin mərkəzində yerləşir ki, bu da onun inkişafına, nəqliyyat əməliyyatlarının həyata keçirilməsinə mane olur. Liman Bakı buxtasından Ələt qəsəbəsinə köçürüləcək.

Yeni limanın ərazisi daha böyük olacaq və informasiya texnologiyalarının tətbiqi ilə idarə olunacaq. Şimal-Cənub və TRACECA nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən limandan dəmiryolu və avtomobil yoluna çıxış təmin olunacaq.

Liman tikintisinin birinci mərhələsi 2008-2011-ci illəri, ikinci mərhələsi 2011-2013-cü illəri, üçüncü mərhələsi isə, 2013-2015-ci illəri əhatə edəcək. Hər bir mərhələdə müəyyən infrastrukturun yaradılması planlaşdırılır.

Layihənin maliyyələşdirilməsinə AİB, AYİB, DB maraq göstərir.

Xəbər lenti

Xəbər lenti