...

Azərbaycanda ƏDV-in ödənilməsində vahid xəzinə hesabının tətbiqi faiz dərəcələrinin hər il enməsi imkanlarını genişləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2007 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova, İ.Əlizadə/ Azərbaycanın Vergilər Nazirliyi 2008-ci ildən vahid xəzinə hesabının tətbiqini planlaşdırır ki, burada əlavə dəyər vergisinin depozit hesabından daxil olan vəsaitlər toplanacaq. Cümə günü parlamentin İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında vergilər nazinin müavini Natiq Əmirov bildirib ki, əvvələr hər bir ƏDV ödəyicisi üçün ayrı bank hesabının açılması planlaşdırılırdı, lakin çoxsaylı hesabların əvəzinə, vahid xəzinə hesabının yaradılması daha məqsədəuyğundur.

Bununla əlaqədar olaraq, ƏDV-nin idarə edilməsi Vergilər Nazirliyinin mərkəziləşdirilmiş, avtomatlaşdırılmış informasiya- vergi sistemi vasitəsilə həyata keçiriləcək, lakin ötən il ƏDV-nin idarə edilməsinin bank sistemi vasitəsilə aparılması planlaşdırılırdı.

Vergilər Nazirliyi sahibkarlığın inkişafının dəstəklənməsi çərçivəsində əlavə dəyər vergisinin hazırda 18% təşkil edən faiz dərəcəsinin azaldılmasında da maraqlıdır. Bu növ verginin yığımında şəffaflığı təmin etmək məqsədilə , ƏDV -hesabların tətbiq edilməsindən sonra üç il ərzində, hər il 1% olmaqla, ƏDV-in faiz dərəcələrinin azaldılması planlaşdırılıb.

"ƏDV xəzinə hesablarının tətbiqi 2008-ci ildə həyata keçiriləcəyindən, real vəziyyətin monitorinqinin aparılmasından sonra vergi dərəcələrinin optimal səviyyəyə endirilməsinə 2009-cu ildən başlamaq olar" - deyə Əmirov bildirib.

Nazir müavini hesab edir ki, aparılan tədqiqatlara əsasən, ƏDV-nin optimal dərəcəsi Azərbaycanın hazırki iqtisadi şəraitində 14-15% təşkil edir.

Xəbər lenti

Xəbər lenti