...

Azərbaycan Milli Bankı kadr itkisinin qarşısını almaq üçün tədbirlər görür

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2007 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova, İ.Əlizadə/ Mərkəzi banklarda əməyin ödənilməsi zamanı müstəqillik və şəffaflığın qorunması ilə bağlı dünya təcrübəsini nəzərə almaqla, Azərbaycan Milli Bankı "Milli Bank haqqında" Qanunun 21-ci maddəsinə dəyişikliklər etməyi təkif edir. Bu məsələyə bu gün parlamentin İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında baxılıb. AMB-nin idarə heyətinin sədr müavini Rüfət Aslanlının verdiyi məlumata görə, BVF və Dünya Bankının ekspertləri AMB-də, xüsusilə də, əməyin ödənilməsi sistemində müsətəqilliyin kifayət qədər olmamasını etiraf ediblər.

"Milli Bank haqqında" Qanuna əsasən , Milli Bankın rəhbərliyi üçün əmək haqqı ölkə prezidenti tərəfindən təyin olunur və bunun əsasında, rəhbərlik digər işçilərin məvacibini müəyyənləşdirir.

Aslanlının sözlərinə görə, Mərkəzi Banklarda əməyin ödənilməsinin konkret tələbləri "Bazel-1" və BVF-in "Mərkəzi Banklarda əməyin ödənilməsinin müstəqilliyi və şəffaflığı haqqında" prinsipləri əsasında müəyyən olunur.

Bunu nəzərə alaraq, AMB "Milli Bank haqqında" Qanunun 21-ci maddəsinə, ölkənin bank sektorundakı əmək haqqının səviyyəsini nəzərə almaqla, bankın əməkdaşlarının məvacibinin artırılmasına dair dəyişikliklər etməyi təklif edir. Aslanlının sözlərinə görə, bu, Milli Banklarda ixtisaslı kadrların itkisinin qarşısını almağa imkan verəcək.

Dünya təcrübəsində belə yanaşma tərzi ( Mərkəzi Banklarda ödənişin müstəqil olaraq müəyyənləşdirilməsi) bir çox ölkələrdə, Litva, Ukrayna, Latviya və s.də tətbiq olunur.

Xəbər lenti

Xəbər lenti