...

Auditorlar Palatası Vergilər Məcəlləsinə dəyişikliklər etməyi təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2007 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ Auditorlar Palatası Azərbaycanın Vergi Məcəlləsinə dəyişikliklər etməyi təklif edir. Palatanın rəhbəri Vahid Novruzovun sözlərinə görə, büdcə təşkilatlarında audit keçirilməsində böyük problemlər var və büdcə təşkilatlarında, qanunvericilikdə boşluqların mövcudluğu səbəbindən, yoxlamalar aparılmalıdır. 2006-cı ildə bu təşkilatların 10,2%-i , bu il isə, yalnız 8,9%-i audit keçib.

Məcəlləyə edilən dəyişikliklərə büdcə təşkilatları ilə icbari auditor müqaviləsinin olması və bu müqavilələrin, yoxlamalar zamanı Vergilər Nazirliyinin əməkdaşları tərəfindən tələb olunmasını nəzərdə tutur. Digər bir təklif isə, icbari auditdən yayınan büdcə təşkilatlarına münasibətdə maliyyə sanksiyalarının tətbiq edilməsidir.

"Maliyyə axınının artımı dövründə auditin keçirilməsinə böyük ehtiyac var. Lakin bu gün auditor qanunvericiliyinin tələblərinə əməl olunmur" - deyə Novruzov bildirib.

Xəbər lenti

Xəbər lenti