...

İlin sonuna qədər Azərbaycanda inflyasiya göstəricisi 16 faiz səviyyəsində qala bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2007 14:11 (UTC +04:00)
İlin sonuna qədər Azərbaycanda inflyasiya göstəricisi 16 faiz səviyyəsində qala bilər

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ Cari ilin sonuna qədər Azərbaycanda inflyasiyanın artım sürəti 9 ayın göstəricisi - 16 faiz səviyyəsində qala bilər. Bu barədə bazar ertəsi sosial-iqtisadi inkişafın 9 aylıq yekunu üzrə keçirilən mətbuat konfransında Statistika üzrə Dövlət Komitəsinin sədri Arif Vəliyev məlumat verib.

Onun sözlərinə görə, ilin sonuna qədər istehlakçı qiymətlərinin artımı 16,1-16,3 faiz səviyyəsində ola bilər. Qiymət artımına təsir edən əsas səbəb cari ilin yanvar ayında enerji daşıyıcılarına olan tariflərin artırılmasıdır.

Gələn il elektrik enerjisi, benzin və enerji daşıyıcılarının qiymətlərinin artırılması gözlənilmir. Buna görə, ola bilsin ki, inflyasiya bir rəqəmli səviyyədə qalsın.

"Hökumət antiinflyasiya tədbirləri həyata keçirir. Lakin bununla yanaşı qiymətlərin aşağı salınmasına təsir etmək mümkünsüzdür. Belə ki, ticarət sektorunun 99,1 faizi xüsusi mülkiyyətin ixtiyarındadır ki, burada məhsulların aşağı qiymətlərlə satılmasına məcbur etmək mümkün deyil. Əks təqdirdə bu məhsul defisiti kimi mənfi nəticəyə gətirib çıxara bilər" - deyə Vəliyev bildirib.

İnflyasiyaya başlıca olaraq 24,6 faiz səviyyəsində artım müşahidə olunan xidmət sahələri təsir edib ki, bu da, elektrik enerjisinin qiymət artımı ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti