...

Ekspert: Bakıda daşınmaz əmlak bazarının fəallığı üçdə bir dəfə aşağı düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2007 13:34 (UTC +04:00)
Ekspert: Bakıda daşınmaz əmlak bazarının fəallığı üçdə bir dəfə aşağı düşüb

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmaylova/ Bakıda daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyat fəallığı sentyabrda 37,3 faiz aşağı düşüb, reallaşdırılan daşınmaz əmlakın üçdə bir hissəsindən (35,2 faizdən) çoxu yaşayış obyektlərinin payına düşüb. Bu barədə çərşənbə günü "Daşınmaz əmlak bazarının iştirakçıları" İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov məlumat verib.

Avqust ayında keyfiyyətsiz konstruksiya və keyfiyyətsiz tikinti materiallarından istifadə nəticəsindən yeni tikilinin uçmasından sonra Bakıda yaşayış obyektləri bazarı sentyabrın ortalarında tədricən stabilləşməyə başlayıb.

Tədrici fəallıq artımı təkrar daşınmaz əmlak bazarında süni qiymət artımı ilə müşayət olunub ki, bu da köhnə binaları möhkəmliyi ilə əlaqədardır.

İbrahimovun sözlərinə görə, bazarda kifayət qədər fəallığın olmaması alıcıların imkanlarını üstələyən yüksək qiymətlərlə izah olunur.

İctimai Birliyin məlumatlarına görə, Bakıda daşınmaz əmlakın ilkin bazarında bir kvadrat metr üçün orta qiymət 1025 dollara qədər (0,2 faiz) aşağı düşüb.

"Qeyri-yaşayış obyektlərinin fəallığına son aylarda fəallaşan xarici investisialar təsir edib" - deyə İbrahimov bildirib.

Bazar ertəsi Bakıda olan Estoniya sahibkarları Azərbaycanın daşınmaz əmlak bazarına investisiya yatırmaq istəklərini ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti