...

AYİB AMBF-MSE çərşçivəsində üç Azərbaycan bankına texniki yardım göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2007 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Multibank maliyyələşdirmə mexanizminin mikro və kiçik komponentləri (AMBF-MSE) çərçivəsində, Azərbaycanın üç bankına mikro komponentlər üzrə texniki yardım göstərməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı AYİB-in Bakı nümayəndəliyindən məlumat verilib.

Texniki yardım beş il müddətinə və Alman-Azərbaycan Fondu ilə əməkdaşlıq edən Bank of Baku, Bank Respublika və Unibank üçün nəzərdə tutulub.

AMBF-MSE çərçivəsində iki ildən az bir müddətdə ümumi məbləği 33 mln. dollar məbləğində 7 mindən çox kredit verilib.

Texniki yardımın imzalanması ilə bağlı mərasim oktyabrın 31-də Bakıda AYİB, KfW, Azərbaycanın Maliyyə Nazirliyinin rəhbər şəxslərinin və Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti