...

Bakı Metropoliteni yeni vaqonlar alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2007 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ Bakı Metropoliteninin noyabrın 8-də qeyd olunacaq yubileyi münasibətilə, xəttə Rusiyanın "Transmaşholdinq" müəssisəsi ilə bağlanmış müqavilə əsasıda alınan 10 yeni vaqon buraxılacaq. Bu barədə çərşənbə axşamı Metropolitenin baş mühəndisi Elbrus Muradov məlumat verib. Müqavilənin dəyəri açıqlanmır.

Bakı Metropoliteni üçün 25 metro vaqonunun istehsalı və tədarükü barədə müqavilə 2006-cı ildə imzalanıb. İlk on vaqon may ayında Bakıya gətirilib, qalan beş vaqon isə, noyabra ayında gətiriləcək.

Sonuncu dəfə 2004-cü ildə "Transmaşholdinq" Bakı üçün 25 vaqon tədarük edib. "Transmaşholdinq"in məlumatlarına əsasən, Bakı Metropoliteninin xətlərində "Metrovaqonmaş" istehsalı olan təqribən 222 vaqon (vaqon parkının 82 faizi) işləyir.

Xəbər lenti

Xəbər lenti