...

Palmali Şirkətlər Qrupu"Suetsmaks" tipli yeni tanker Heydər Əliyevin adını daşıyacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2007 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Bu ilin noyabrın 14-də Palmali Şirkətlər Qrupu "Suetsmaks" tipli yeni tankerin istismarına başlamaqla,öz donanmasının dedveytini nəzərə çarpacaq dərəcədə artırıb -Qrupun mətbuat xidmətinin məlumatında belə deyilir. Tankerə Azərbaycanın milli lideri Heydər Əliyevin adı verilib. Gəminin uzunluğu 274 metr, eni 50 metr, su altında qalan hissəsi isə 17 metrdir.

Cənubi Koreyada inşa olunan tanker "Suetsmaks" sinfindən olan ən müasir tankerlərdəndir. Sifariş dəyəri 96 milyon dollar olan tanker 165 min ton həcmində neft və ağır növlü neft məhsullarını dünyanın istənilən nöqtəsinə daşıya bilər.

Suetsmaks tipli əvvəlki dövr tankerlərdən yeni tankerin fərqi, daşınmanın maya dəyərini gəminin yükqaldırma qabiliyyətini artırmaq hesabına aşağı salına bilməsidir. Bu tip tankerlər iri neft şirkətləri tərəfindən təhlükəsiz daşınmanı təmin edən gəmi kimi bəyənilib. Belə tonnajlı tankerlərin hərəkət etdiyi marşrutlar, Qara və Aralıq dənizlərindən başlamaqla, Birləşmiş Ştatların və Cənub-Şərqi Asiya dövlətlərinin limanlarına uzanır. Mətbuat xidmətinin məlumatında o da qeyd olunub ki,noyabrın 20-də suya buraxılacaq "Suetsmaks" tipli növbəti tanker Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əziz qızı Əliyevanın adını daşıyacaq.

Palmali gələn il daha 6 bu tipli tanker sifariş verəcək. Adı çəkilən tankerlərin əldə olunmasına şirkət ümumilikə 780 milyon dollar vəsait sərf edəcək.

Xəbər lenti

Xəbər lenti