...

Dünya Bankı Azərbaycana daşınmaz əmlakın vahid kadastrı sistemini tətbiq etməyi tövsiyə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2007 12:31 (UTC +04:00)

.

Azərbaycan, Bakı/ " TrendCap ", müxbir Ü.İsmayılova/ Dünya Bankının missiyası Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reestri Xidmətinin işinin nəticələrindən razıdır və daşınmaz əmlakın vahid kadastrı sisteminin tətbiqi prosesini sürətləndirməyi tövsiyə edib. Bu barədə Dövlət Xidmətinin məlumatında bildirilib. Azərbaycan hökuməti və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) iyulda, daşınmaz əmlakın kadastrı sisteminin birgə tətbiqi barədə saziş imzalayıblar. Dünya Bankının missiyası birgə layihənin reallaşdırılması üzrə hazırlıq işlərini qiymətləndirmək üçün, noyabrn 23 - dən 30 - dək Azərbaycanda olub. Görüşün gedişində missiya Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Daşınmaz Əmlakın Dövlət Dövlət Reyestri Xidməti, Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Agentliyi, Azərbaycan Torpaq və Kartoqrafiya Komitəsi ilə görüşlər keçirib. Layihə dörd komponentdən ibarətdir - daşınmaz əmlakın qeydiyyatı; dövlət əmlakının idarə edilməsi və reyestri; baza kartoqrafiyası və torpaq kadastrı; treninqlər, layihənin siyasəti və idarəetməsinin formalaşdırması. Layihənin dəyəri 38.57 mln. dollar təşkil edir. Bunun 30 mln. dolları BYİB kreditinin payına düşür. Kredit vəsaitləri 5 illik güzəştli dövrlə, 20 il müddətinə ayrılıb.

Xəbər lenti

Xəbər lenti