...

DB vitse – prezidenti regiona turnesi çərçivəsində Azərbaycana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2007 19:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Dünya Bankının regiondakı fəaliyyəti ilə tanış olmaq üçün Bankın Avropa və Mərkəzi Asiya üzrə vitse - prezidenti Şiqeo Katsu dekabrın 9 - dan 11 - dək Azərbaycana rəsmi səfər edəcək. Bu barədə bazar ertəsi DB - nin Bakı nümayəndəliyindən məlumat veriblər. Səfər proqramı hazırlıq mərhələsində olsa da, Katsunun Bakıdan kənardakı layihə məntəqələrindən birini ziyarət edəcəyi istisna deyil. Ehtimala görə o, ümumi dəyəri 21.1 mln. dollar olan "Azərbaycan Kənd İnvestisiyaları" (AzRIP) layihəsi çərçivəsində, dekabrın 11 - də İmişlidə keçiriləcək geniş konfransda iştirak edəcək. Layihənin dəyərinin 15 mln. dollarını DB ayırıb.Vitse - prezident Azərbaycan hökumətinin iqtisadi blokunun rəhbərləri və Baş nazirlə görüşlər keçirəcək. Onun ölkə prezidenti ilə görüşəcəyi də gözlənilir. Azərbaycan Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) xətti ilə DB - dan maliyyə yardımı alır. DB - nın Azərbaycan hökuməti ilə əməkdaşlıq strategiyasında (2007 -2010 - cu illər) BYİB xətti ilə portfelin 659 mln. dollara çatdırılması gözlənilir. Bununla yanaşı, 2008 - ci ildə portfelin 257 mln. dollar, 2009 - cu ildə isə, 442 mln. dollar artırılması gözlənilir. 2010 - cu ilə kimi BİA kreditlərini 2006 - cı ilin 557 mln. dollar səviyyəsindən 804 mln. dollara çatdırmağı planlaşdırılır. Lakin güzəştli kreditlərin alınması tempi və 2008 - ci ildə BİA xətti ilə Azərbaycana yardımların dayandırılması haqqında bəyanat bu proqnozları qeyri - mümkün edir. DB Direktorlar Şurası tərəfindən 2006 - cı il dekabrın 7 - də təsdiqlənmiş yeni strategiya 1.260 mln. dollar dəyərində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti