...

Azərbaycanda tikinti materiallarının qiyməti artmaqda davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2007 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend.Capital , müxbir U.İsmaylova/ Noyabrda Bakıda tikinti materialları 0,5 faiz bahalaşıb ki, bu da ilin əvvəli ilə müqayisədəə 14,5 faiz, 2006-cı ilin analoji dövrünün göstəricisinə nisbətdə isə 21,6 faiz çoxdur. Bu barədə "Əmlak bazarı iştirakçıları" ictimai birliyinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Təşkilat noyabrda 86 forma və 41 adda tikinti materialları üzrə monitorinq aparıb. Tikinti materiallarının 86 formasından 11-də artım müşahidə olunub, 75-də isə qiymətlər sabit olaraq qalıb.

Xəbər lenti

Xəbər lenti