...

DB korporativ idarəetmə standartlarını həyata keçirmək üçün Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsində yardım edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2007 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , İ.Xəlilova/ BMK korporativ idarəetmə standartlarının həyata keçirilməsində Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi üzrə işçi qrupuna yardım məqsədilə, DB-nın Korporativ İdarəetmə Departamenti ilə danışıqlar aparır. Bu barədə çərşənbə axşamı Azərbaycanda BMK-nın korporativ idarəetmə layihəsinin rəhbəri Çarlz Kenfild məlumat verib. İşçi qrupu Azərbaycan İqtisadi İnkişaf Nazirliyi nəzdində yaradılıb. Onun sözlərinə görə, işçi qrupu ilə əməkdaşlıq iki istiqamətdə aparılacaq: DB tərəfindən 2005-ci ildə keçirilən Azərbaycan müəssisələrində korporativ idarəetmənin tətbiqi praktikasının qiymətləndirilməsinə yenidən baxış və nazirliyin işçi qrupu ilə birgə dövlət müəssisələrində korporativ idarəetmə praktikasının qiymətləndirilməsi, həmçinin, çatışmazlıqları aradan qaldırmaq üçün planın hazırlanması. Plan ölkə qanuvericiliyinə dəyişikliklərin edilməsi və ya korporativ idarəetmə kodeksinin yaradılmasını nəzərdə tutacaq.

Xəbər lenti

Xəbər lenti