...

AİB Azərbaycan bankına subordinasiyalaşmış kredit açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2007 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Dekabrın 14-də Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan Beynəlxalq Bankı arasında(ABB) 20 mln. dollar subordinasiya edilmiş kreditin ayrılması haqqında saziş imzalanacaq. Bu barədə cümə axşamı ABB-nın mətbuat xidmətindən məlumat veriblər. Bu təkcə Azərbaycanın deyil, bütün regionun bank sektorunda dövlət təminatı olmadan reallaşdırılan böyük layihədir. Layihə Asiya bankını institusional investorlar arasında lider edir. Kreditin ABB-nın ikinci səviyyəsinin kapitalına əlavə edilməsini nəzərə alsaq, bu, Beynəlxalq Bankın kapitallaşdırılmasını genişləndirməyə imkan verəcək. Kapitalın adekvatlığı üzrə beynəlxalq standartlara uyğun olaraq, bankın böyük aktivləri ilə əlaqədar, müəyyən uyğunsuzluqları baş verir. Bankın kapitallaşması 300 mln. dollardan çoxdur. Onun Nizamnamə fondu 100 mln. Dollardır, aktivlərisə, 3 mlrd. dolları keçib. Asiya İnkişaf Bankı Azərbaycanın bank sektoru üzrə portfelini 120 mln. dollara qədər genişləndirmək haqqında planlarını açıqlayıb. AİB-in nümayəndələrinin fikrinə görə, bu məbləğ 2008-ci ilin mayınadək mənimsənilə bilər. AİB Azərabaycan bankları üçün 41 mln. dollar kredit xəttini təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti