...

Dövlət Statistika Komitəsi Azərbaycanda tikinti sektoruna qoyulan investisiyaların artdığını bildirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2007 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Cümə günü Azərbaycanın Dövlət Statisika Komitəsinin rəhbəri Arif Vəliyevin verdiyi məlumata görə, yanvar-noyabr ayları ərzində Azərbaycanın tikinti kompleksinə 5,7 mlrd. manat investisiya qoyulub və bu göstərici 2006-cı ilin analoji dövrünün göstəricisindən 17% çoxdur.

Bu dövr ərzində ümumi sahəsi 1,106 mln. kvadrat metr olan yaşayış obyektləri, 276 çarpayılıq xəstəxanalar, eyni zamanda, 148 nəfərə xidmət göstərə bilən ambulator poliklinikalar, 80 min nəfər şagirdin təhsil ala biləcəyi məktəblər, uşaq bağçaları və 470 uşaq üçün körpələr evi istismara verilib.

Xəbər lenti

Xəbər lenti