...

KfW Azərbaycanın Əmanətlərin Sığortası Fonduna texniki yardım üçün məsləhətçi seçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2007 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Alman İnkişaf Bankı KfW Azərbaycanın Əhalinin Əmanətlərinin Sığortası Fonduna texniki yardım üçün məsləhətçinin seçilməsinə Beynəlxalq tender elan edib. Bu barədə cümə günü KfW-nin Bakı ofisinin rəhbəri Natiq Abdullayev məlumat verib. Məsləhət xidmətləri Fondun institusional inkişafına ediləcək. Məsləhətləşmələr bankın 1 mln. avro həcmində qrantı çərçivəsində aparılacaq. KfW Fondun kapitallaşdırılması üçün 5 mln. avro kredit təqdim edəcək. Abdullayevin sözlərinə görə, kredit və qrant müqavilələrinin imzalanması 2008-ci ilin yanvar-fevralında baş tutacaq. Sığorta Fondu öz fəaliyyətinə başlamamışdan əvvəl (13 avqust 2007-ci il) KfW prosedurların hazırlanmasına yardım üçün Azərbaycana qısamüddətli ekspertlər göndərib. Ekspertlər, Fondun iş qaydaları, əmanətlərin sığortalanması sisteminin, bank iştirakçılarının hesabat formalarının, fond iştirakçıları üçün buklet formalarının hazırlanmasında Fonda yardım ediblər. Bukletlər müştərilərin əmanətlərin sığortalanması sistemi haqqında məlumatlandırılması üçün nəzərdə tutulub. Hazırda Sığorta Fondunda ölkədə fəaliyyət göstərən 46 bankdan 37-si təmsil olunub. Fond bankların 10 min manat məbləğində birdəfəlik üzvlük haqqları və yatırımlar üzrə gündəlik qalıqların 0.15%-i həcmində təqdim ödəmələri hesabına formalaşdırılır. Sonrakı dövrlərdə təqdim ödəmələri gündəlik qalıqların 0.125%-nə qədər endirilə bilər. İlk təqvim ödəmələri oktyabrda həyata keçirilib. İkinci təqvim ödəmələri növbəti ilin yanvarında gözlənilir. Əmanətlərin Sığortası haqqında Qanuna əsasən ,2008-ci ilin yanvarın 1-dək 4 min manat məbləğində bütün əmanətlər sığortalanacaq. 2008-ci il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək bu məbləğ 6 min, 2010-cu il yanvarın 1-dən isə 8 min manata çadırılacaq. Bununla yanaşı, faiz dərəcələri AMB-nın hesab dərəcələrini (bu gün 13 faiz) 1.8 dəfə ötən əmanətlər sığorta edilməyəcək. Beləliklə, sığorta olunan əmanət üzrə faiz dərəcəsi 23.4%-dək təşkil edə bilər. Belə əmanəti qəbul edən banklar müştərini Sığorta Fondunun təminatının yoxluğu haqqında məlumatlandırmalıdır.

Xəbər lenti

Xəbər lenti