...

Azərbaycanda yanvar-noyabrda inflyasiya 16 faizi ötüb – Dövlət Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2007 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmayılova/ Azərbaycanda yanvar-noyabrda infilyasiyanın səviyyəsi 16,4 faiz təşkil edib. Bu barədə cümə günü Azərbaycan Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyev məlumat verib.

Onun sözlərinə görə, noyabrda istehlakçı qiymətlərinin səviyyəsi oktyabra nisbətdə 3,2 faiz artıb.

Ərzaq məhsullarının qiyməti 15,8 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 10,4 faiz, xidmət qiymətləri isə 25,1 faiz artıb.

Vəliyevin sözlərinə görə, 11 ay ərzində ayrı-ayrı məhsulların qiyməti bu şəkidə artıb: bitki yağları 46 faiz, buğda unu 46 faiz, çörək 48 faiz, kartof 45 faiz. Mal əti 3,4, qoyun əti 5,6 faiz, toyuq əti 11 faiz, şəkər tozu 2 faiz, şəkər 6,5 faiz, çay isə 8,6 faiz bahalaşıb.

Xəbər lenti

Xəbər lenti