...

Bu həftə Azərbaycan Parlamenti sığorta haqqında yeni qanun qəbul edə bilər – millət vəkili

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2007 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Deputat, iqtisadi siyasət üzrə parlament komissiyasının üzvü Vahid Əhmədovun bazar ertəsi verdiyi məlumata görə, parlamentin çərşənbə axşamı keçiriləcək iclasında ikinci oxunuşda parlamentdə müzakirə olunması tövsiyə olunan sığorta haqqında qanunun qəbul olunacağı istisna olunmur.

"Ola bilsin ki, qanun layihəsi sabah ikinci və üçüncü oxunuşlarda qəbul olunacaq" - deyə Əhmədov bildirib. Çərşənbə axşamı parlamentdə deputatların növbəti iclası keçiriləcək.

Azərbaycanın Maliyyə Nazirliyi 2007-ci ildə ölkə parlamentinə dünya standartları əsasında hazırlanmış sığorta haqqında qanun layihəsi təqdim edib.

Bundan öncə parlamentin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanın sığorta sektoru ölkənin ümumi inkişafından geri qalır və hazırki qanun inkişaf tempinə və beynəlxalq standartlara cavab vermir.

Azərbaycanda 29 sığorta şirəkti fəaliyyət göstərir. Şirkətlərin ümümi nizamnamə kapitalı 58,2 mln. manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti