Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Çərşənbə axşamı MBASK Sığorta Şirkətinin idarə heyətinin sədri Cəmil Məlikov Şirkətin 15 illiyinə həsr olunmuş mətbuat konfransında bildirib ki, Şirkətin sığorta haqları son beş il ərzində təxminən 34 dəfə artıb.
"Əgər 2001-ci ildə Şirkətin sığorta haqları 822 min manata yaxın olmuşdusa, 2007-ci ilin sonlarına yaxın bu rəqəm 14 mln. manatdan çox təşkil edəcək" - deyə Məlikov qeyd edib. Yanvar-sentyabr aylarırın yekunlarına əsasən, şirkət 9,4 mln. manat həcmində sığorta haqqı toplayıb.
Son beş il ərzində MBASK-ın sığorta ödənişləri 95 dəfə artaraq ilin sonunda 2,5 mln. manata çatıb. Yanvar-sentyabr aylarının yekunlarına əsasən şirkəti sığorta ödənişələri 2,1 mln. manat təşkil edib.
MBASK Azərbaycanın sığorta şirkətləri arasında avtomobillərin sığortasına görə liderdir. Son beş il ərzində sığortanın bu növü üzrə şirkətin sığorta haqları 205 min manat artaraq, 2007-ci ilin sonlarında 7 mln. manata çatıb.
Azərbaycanın sığorta bazarında1992-ci ildən fəaliyyət göstərən MBASK 29 növ sığorta xidmətləri göstərir ki, bu sığorta xidmətlərinin dördü icbaridir. Şirkətin Nizamnamə kapitalı 2 mln. manat təşkil edir. 2005-ci ilin yanvarında Avropa Yenidənqurma və İnkişaf Bankı MBASK-ın səhmlərinin 30%-ni əldə edib.