...

Azərbaycanın lizinq şirkəti portfeli 50 mln. dollara qədər artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2007 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın iri lizinq şirkətlərindən biri olan "Unileasing" Şirkətinin bazar ertəsi yaydığı məlumatda bildirilir ki, Şirkətin Müşahidə Şurasının növbəti iclasında "2008-ci ilin planı" təsdiq olunub.

2008-ci ilin yekunlarına əsasən, şirkətin lizinq portfeli 50 mln. manat təşkil etməlidir. Cari ilin sonuna qədər 25 mln. manat təşkil edən göstəricini isə, şirkət dekabrın 1-dək, vaxtından əvvəl yerinə yetirib.

2008-ci ilin planı"na Şirkətin Nizamnamə kapitalının artırılması, lizinq layihələrinin islam prinsiplərinə uyğun olaraq həyata keçirilməsi, avtobusların lizinqi üzrə xüsusi layihələrin hazırlanması, sosial layihələrin, yeni lizinq məhsullarının tətbiqi, fiziki şəxslər tərəfindən avtomobillərin lizinqi üçün xüsusi layihələrin hazırlanması, şirkətin ümumi investisiyalarında regionların payının 5 mln. manata qədər artırılması daxildir.

"Unileasing"in ödənilmiş Nizamnamə kapitalı 1,8 mln. manat təşkil edir. Şirkətin səhmdarı səhmlərin 33,33%-nə malik olan Avropa Yenidənqurma və İnkişaf Bankıdır.

Xəbər lenti

Xəbər lenti