...

Azərbaycanın sığorta şirkətləri Nizamnamə kapitalını artırırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2007 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Turkiya-Azərbaycan birgə sığorta və təkrar sığorta şirkəti "Basak-Inam" və yerli "B& G" şirkəti Nizamnamə kapitalını artırır. Bu barədə Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazar ertəsi yayılan məlumatında bildirilir.

Dövlət Komitəsi 200 manat nominal dəyərlə "Basak-Inam" şirkətinin 1 527 səhmini qeydiyyata alıb. Şirkətin Nizamnamə kapitalı 304,6 min manat artıb və 1,304 mln. manat səviyyəsində müəyyən olunub.

Komitə, həmçinin, 5 min manat nominal dəyərlə "B& G" şirkətinin 18 səhmini qeydiyyata alıb. Nəticədə, şirkətin Nizamnamə kapitalı 90 min manat artaraq, 790 min manat təşkil edib.

Azərbaycanın Maliyyə Nazirliyinin doqquz ayın nəticələri üzrə məlumatına görə, ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin ümumilikdə Nizamnamə kapitalı 58,2 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti