...

Bakı Banklararası Valyuta Birjası dekabrın 24-də bağlanan əqdlərin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2007 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bakı Banklararası Valyuta Birjasının bazar ertəsi yaydığı məlumatda bildirilir ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 24 dekabr tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8445 AZN təşkil edib.

BEST sistemində keçirilən səhər sessiyasınınaçılış məzənnəsi hər ABŞ dollarına görə 0,8448 AZN təşkil edib. USD/AZN T+0aləti üzrə qeydə alınan əqdlərin həcmi 1 141 495 AZNtəşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0001 bənd qalxıb və 0,8447 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 18 144556AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8445AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, "Birca Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZNaləti üzrə $ 22 830 000ABŞ dolları və ya 19 286 051 AZNtəşkil edib. Orta hesabla, hər sövdələşmənin payına1 902 500ABŞ dolları düşür.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZNalətləri üzrə tələbat olmadığı şəraitdə, dilerlər tərəfindən əqdlər bağlanılmayıb.

AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,00%, ABŞ dolları üzrə isə illik 15,67% təşkil edib.

Gün ərzində banklar arasında həjmi 1 000 000 AZNmüddəti 90 güntəşkil edən əqd qeydə alınıb. Banklararası kreditlər üzrə faiz dərəcəsi illik 15,00%təşkil edib.

Xəbər lenti

Xəbər lenti