...

Azərbaycanın Dövlət Baytarlıq Xidməti ölkənin cənubunda vəhşi quşların tələfatı barədə məlumatı inkar edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2007 14:54 (UTC +04:00)
Azərbaycanın Dövlət Baytarlıq Xidməti ölkənin cənubunda vəhşi quşların tələfatı barədə məlumatı inkar edir

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkənin cənub regionlarında, əsasən Lənkəranda vəhşi quşların kütləvi tələfatı barədə KİV-də yayılan məlumatı inkar edir. Dövlət xidmətinin çərşənbə axşamı yayılan məlumatında bildirilir ki, rayonun su hövzələrində aparılan monitorinq zamanı ölü və ya xəstə quşlara təsadüf edilməyib. Dövlət xidməti ölkə ərazisində "quş qripi"nin xəbərdarlığı üzrə monitorinq keçirildiyi haqqında məlumat verib. Dekabrın 20-də keçirilən monitorinq Lənkəran rayonunu, Qızılağac qoruğu ərazisini və Xəzərin sahilyanı ərazilərini əhatə edib. 2007-ci ildə "quş qripi"nin xəbərdarlığı üzrə 12-ci monitorinqin nəticələri dekabrın 28-də elan ediləcək. Bu gün ölkədə epizootik vəziyyət stabildir.

Xəbər lenti

Xəbər lenti