...

Azərbaycan və Yaponiya ticari-iqtisadi komissiyanın beşinci iclasını keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2007 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Azərbaycan və Yaponiya arasında ticari-iqtisadi komissiyanın 5-ci iclası fevralın əvvəlində keçiriləcək. Bu barədə çərşənbə axşamı Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki məlumat verib.

"Komissiyanın iclasında tərəflər iqtisadiyyat və mədəniyyət sahəsində sənədləri müzakirə edəcklər" - deyə Oki bildirib.

Əvvəlki iclas 2006-cı il noyabrın 21-23-də keçirilib. Görüş zamanı Yaponiya tərəfinə "İTOCU" şirkətinin vitse-prezidenti Ykoto Akira, Azərbaycan tərəfinə isə, Baş nazirin müavini Abid Şərifov başçılıq edib.

Xəbər lenti

Xəbər lenti