...

Naxçıvan MR-də yük daşımaların həcmi artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Naxçıvan Muxtar Respublikasının (NMR) nəqliyyat müəssisələri və fiziki şəxsləri tərəfindən yanvar-noyabrda 7.1 mln. ton yük, 44.1 mln. sərnişin daşınıb. Bu barədə NMR-in Bakıdakı rəsmi nümayəndəliyindən məluamt veriblər. 2006-cı ilin analoji dövrü ilə müqayisədə yük daşımalarında artım 7.2%, sərnişin daşımalarında isə 11.1% olub. Hər iki xidmət istiqamətinin gəlirləri 23.3 mln. manat təşkil edib və bu 2006-cı ilin analoji dövründən 3.1% çoxdur. Yük daşımalarının ümumi həcminin 99.7%-i (7 mln. tondan çox) , sərnişin daşımalarının 95.5%-i (42.1 mln. nəfər) və ümumi gəlirlərin 75.4%-i özəl sektor müəssisələrinin payına düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-noyabrda Azərbaycanın nəqliyyat sektoru ilə 150.2 mln. ton müxtəlif yük daşınıb. Bu, 2006-cı ilin göstəricisindən 15.2% çoxdur. Ümumi yük daşımaları həcminin 67.5%-i özəl sektorun payına düşür.

Xəbər lenti

Xəbər lenti