Azərbaycan, Şəki / Trend , E.Quliyev/ Azərbaycanın Oğuz rayonunun Filfilli kəndində, gələcəkdə Azərbaycan ilə Rusiya Federasiyasının Dağıstan Respublikasını birləşdirəcək körpünün açılış mərasimi keçirilib.
Tədbirdə iştirak edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov körpünün strateji cəhətdən daha əverişli olacağını bildirib. Qala çayı vasitəsilə Oğuz rayonunun Filfilli kəndində Qala çayının üzərində salınan körpünün uzunluğu 312 metr, eni 10 metrdir. Tikintini Azərbaycanın Nəqliyyat Nazirliyinin sifarişi ilə podratçı təşkilat "Bina-körpü-tikinti" ASC aparıb. Nazirin sözlərinə görə, 16 ay muddətinə istifadəyə verilən körpü 3, 6 mln. manata başa gəlib. İstifadəyə verilən körpü Oğuzun Filfilli kəndi ilə Dağıstanı birləşdirən dağ yolunda salınıb. Oğuz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 24 kilometrlik tunelin tikintisi məsələsinə gələn il baxıla bilər.
Oğuz rayonu şimal-qərbdə, Bakıdan 312 kilometr məsafədə yerləşitr.