...

Azərbaycan əhalisi ötən ili hansı əhval-ruhiyyə ilə yola salır - sorğu

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2007 13:24 (UTC +04:00)
Azərbaycan əhalisi ötən ili hansı əhval-ruhiyyə ilə yola salır - sorğu

Azərbaycan, Bakı / Trend / "Rəy" Monitorinq Mərkəzi ötən ilin nəticələri və 2008-ci ilin perspektivlərinə həsr olunmuş ümumrespublika ictimai rəy sorğusu keçirib. Ölkənin ayrı-ayrı regionlarının 42 yaşayış məntəqəsində 18 və daha yuxarı yaş həddində təxminən 1200 nəfər sorğuya cəlb olunub. Tədqiqat standartlaşdırılmış anket üzrə üz-üzə müsahibə metodu ilə həyata keçirilib. Sorğunun statistik nisbi xətası 3 faizdən artıq deyil.

Sorğu nəticəsində məlum olub ki, ölkə əhalisi 2007-ci ili nisbi nikbinliklə yola salır. azərbaycanlılıar şəxsən özləri və ailələri üçün yekunlaşmaqda olan ili ümumilikdə uğurlu hesab edirlər: 31 faiz bu ili yaxşı və ya çox yaxşı, 48 faiz orta, 21 faiz isə pis və çox pis qiymətləndirib (Müsbət və mənfi dəyərləndirmələrin nisbəti nikbindir). Bununla belə, əhalinin 43 faizi 2007-ci ili 2006-cı ildən yaxşı, 41 faiz 2006-dan pis olmayaraq, 16 faiz isə 2006-dan pis keçdiyini hesab edir.

Respondentlərin etiraflarına görə, 2007-ci ildə çətinliklər və xoşagəlməz hallarla rastlaşsalar belə, onlar bu ili müsbət qiymətləndirirlər (Müsbət və mənfi dəyərləndirmələrin nisbəti ümidvericidir). Burada maraqlı bir detala da rast gəlinir. Cavab verməkdə çətinlik çəkənlərin sayı bu ildə daha çox pis, nəinki yaxşı hadisələri xatırlayanların sırasında daha çoxdur (17 faiz 4 faizə qarşı). Bu hal "yaxşı tez unudulur" məsəli ilə ziddiyyət təşkil edir.

2007-Cİ İL SİZƏ YAXŞI NƏ GƏTİRDİ?

34%- ailə sevincləri (evlilik, övladların, nəvələrin dünyaya gəlməsi/ ailə qurması)

13%- yaşayış şəraitinin yaxşılaşması

13%- həyat səviyyəsinin yüksəlməsi

12%- ailə üzvlərinin təhsilində/ işində uğurlar

10%- işdə uğurlar (karyera yüksəliş, əmək haqqının artması)

6%- yaxşı istirahət

5%- təhsildə uğurlar(ali məktəbə daxil olmaq, magistraturanı, aspiranturanı bitirmək )

4%- böyük alış-verişlər, hədiyyələr

24%- yaxşı heç nə olmayıb

20%- yaxşı odur ki, pis heç nə olmayıb

4%- cavab verməkdə çətinlik çəkirəm

2007-Cİ İL SİZƏ NƏ PİS GƏTİRDİ?

27%- ailədə xoşagəlməz hallar (boşanma, doğmaların xəstəliyi və ölümü və s. )

10%- yaşayışla bağlı ağır vəziyyət

11%- həyat səviyyəsinin enməsi

3%- ailə üzvlərinin təhsilində/işində problemlər

3%- işimi itirdim, yaxud iş yeri tapmadım, pis iş yeri, maaşımı azaltdılar

14%- yaxşı istirahət edə bilməmək

1%- şəxsi təhsildə problemlər, ali məktəbə, arzulanan fakultəyə daxil ola bilməmək

2%- ikiüzlülərin qurbanına çevrilmək, oğurluğa məruz qalmaq

26%- pis odur ki, yaxşı heç nə olmayıb

17%- cavab verməkdə çətinlik çəkirəm

Daha bir əhəmiyyətli faktı da qeyd edək ki, qiymətlərin artımına və inflyasiyaya baxmayaraq, azərbaycanlılar yaranmış vəziyyəti və ailələrinin maddi imkanlarını daha çox müsbət, nəinki mənfi qiymətləndirirlər. 33 faiz respondent hesab edir ki, "hər şey o qədər də pis deyil, yaşamaq olar", 55 faizin rəyinə görə isə, "yaşamaq çətindir, lakin dözmək olar" (Yeri gəlmişkən, respondentlərin 11 faizi hesab edir ki, "bizim acınacaqlı vəziyyətimizə dözmək artıq mümkün deyil").

Başqa sözlə desək, vətəndaşlarımızın yeni il əhval-ruhiyyəsi yaxşıdır. Lakin məsələ bununla bitmir. "Siz öz həyatınızdan razısınızmı?" sualına respondentlərin 70 faizi "bəli, razıyam" və ya "yəqin ki, razıyam, nəinki narazı" alternativlərini seçiblər (Qalan 30% respondent "xeyr, razı deyiləm" və ya "yəqin ki, narazıyam, nəinki razı" cavablarını seçmiblər). Bu rəqəmlərə əsasən demək olarmı ki, birmənalı şəkildə ölkə vətəndaşları nikbindirlər və həyata çəhrayı eynəklərlə baxırlar?Əlbəttə, yox. Sorğu göstərdi ki, vətəndaşlarımız müasir həyatın çətinlikləri ilə bağlı tamamilə aydın olan müxtəlif problemlərə görə narahatçılıq keçirirlər:

ŞƏXSƏN SİZ HƏYATDA DAHA ÇOX NƏDƏN QORXURSUNUZ?

Ciddi xəstəliklərdən və zədələrdən - 36% Bölgədə hərbi münaqişədən - 33% Maliyyə problemlərindən - 30%

Ailəsinin və ya doğmalarının narahatçılığından - 19% Təklikdən - 17%

Ölümdən - 15%

Iş yerini itirməkdən və işsizlikdən - 9%Yaşayış yerini itirməkdən - 7% Allahdan - 7%

Diqqət yetirək ki, ötən ilin bizə yaxşı nə gətirdiyi haqqında danışdıqda respondentlərin 24 fazi "yaxşı heç nə olmayıb" cavabını seçiblər. Digər 20 faiz isə hesab edir ki, "yaxşı odur ki, pis heç nə olmayıb". Başqa sözlə desək, həm birincilərin, həm ikincilərin əhval-ruhiyyəsi bədbinlik üzərində köklənib. Xoşbəxtlikdən onların proqnozları özünü doğrultmadı

2007-ci ilin hansı pis hadisə ilə yadda qalması haqqında sualı cavablandırarkən respondentlərin 26 faizi pis odur ki, yaxşı heç nə olmayıb alternativini seçib. Bu yaxşılıq gözləyən, lakin onu görə bilməyən insanların cavabıdır. Onlar demək olar ki, "bəd xəbərin olmaması - elə yaxşı xəbərdir" prinsipi ilə yaşamırlar.

Həyatımızda hər şey bizim istədiyimiz kimi olmasa da, ictimai rəy ümumilikdə nikbin mərhələyə qədəm qoyur və müsbət dəyişikliklər gözləyir.

Bir faktı da qeyd etmək xoşdur ki, vətəndaşlarımız yavaş-yavaş sovet psixologiyası və ələbaxımlılıq əhval-ruhiyyəsindən yaxa qurtarırlar. "Bəziləri deyirlər ki, insan ilk növbədə özünə, sonra isə dövlətə güvənməlidir. Siz bu fikirlə razısınızmı? Sualına respondentlərin 68 faizi, yəni ölkə əhalisinin 2/3- si "ilk növbədə özünə, öz gücünə, sonra isə dövlətə güvənmək lazımdır", deyə cavab veriblər. 32 faiz (bu o qədər də kiçik rəqəm deyil! ) hesab edir ki, "ilk növbədə dövlətə, sonra isə özünə güvənmək lazımdır" . Lakin görünür ki, insanlarımızın özünə, öz gücünə arxalanma tendensiyaları, dövlət himayəsindən kənarlaşma meyilləri güclənib.

Gələn Siçan ili bizə nə vəd edir? Azərbaycanlıların böyük əksəriyyəti ümid edir ki, gələn il uğurlu olacaq. 52 faiz düşünür ki, gələn il onlar üçün yaxşı, 20 faiz isə hesab edir ki, ötən ildən pis olmayaraq, 4 faiz gələn ilin ötən ildən daha pis keçəcəyini düşünür.

Respondentlərin 62 faizi hesab edir ki, 2008-ci il 2007-ci ilə nisbətən daha yaxşı, 17 faizin rəyinə görə isə 2007-ci ildən pis olmayacaq, 3 faiz düşünür ki, 2007-ci ildən pis olacaq (Sorğu iştirakçılarının hər beş nəfərindən biri bu suala cavab verməkdə çətinlik çəkib).

Ölkənin düzgün, yaxud yanlış istiqamətdə inkişaf etdiyini müəyyənləşdirən suala verilən cavablar da nikbindir. Sorğu göstərdi ki, respondentlərdən 37 faizi ölkənin düzgün, 43 faizi qismən düzgün, qismən yanlış, 12 fazi yanlış istiqamətdə inkişaf etdiyini bildirib (8 faiz isə cavab verməkdə çətinlik çəkib).

Başqa sözlə, ictimai rəy hesab edir ki, Siçan ili ümumilikdə, həm Azərbaycan, həm də onların özləri üçün uğurlu olacaq.

Xəbər lenti

Xəbər lenti