Azərbaycan, Bakı, 1 fevral/ " , müxbir Ü.İsmayılova/ Azərbaycanın Daşınmaz Əmlakın Reyestri Dövlət Xidməti 2007-ci il planını 107 faiz yerinə yetirib. Bu barədə 2007-ci ilin yekunlarına həsr olunan kollegiyada Dövlət Xidməti rəhbərinin müavini İlham Bayramov məlumat verib.
Dövlət Xidmətinin rəhbəri Arif Qaraşov öz çıxışında bildirib ki, 2007-ci ildə əmlak hüququnun alınması üçün 115,6 min çıxarış, əmlakın qeydiyyatı və sxemin çəkilməsi üçün 88,1 arayış, 18,8 min ipoteka müqaviləsi verilib, həmçinin 926 min 627,6 kvadrat metr daşınmaz əmlak özəlləşdirilib.