...

Naxçıvan MR-in mal dövriyyəsi $90 mln.-u keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2008 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 fevral / Trend / 2007-ci ildə Naxçıvan Muxtar Respublikasının mal dövriyyəsi $92,1 mln. təşkil edib,-- cümə gün NMR-ın Bakıdaki daimi nümayəndəliyindən bildiriblər. Bu, 2006-cı ilin göstəricisindən 0,1 faiz artıqdır.

Ümumi mal dövriyyəsi strukturunda 24,8 faiz və ya $23 mln. ixracın, $69,2 mln. və ya 75,2 faiz idxalın payına düşür.

Muxtar Respublikanın ticari əməkdaşları Türkiyə, Finlandiya, İran, Qazaxıstan, Rusiya, Ukrayna, Almaniya, Yaponiya, Gürcüstan, Koreya, Fransa, Belarus, Litva, İtaliya, İspaniya, Moldova, ABŞ, Çin, Avstriya, Braziliya, Yunanıstan, İsveçrə, Macarıstan və digər ölkələrdir.

Xəbər lenti

Xəbər lenti