...

AYİB ekspertləri Bakıda Azərbaycan kənd təsərrüfatı bankında iştirak üzrə danışıqları davam etdirmək niyyətindədirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2008 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral/ " müxbir İ.Xəlilova/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) səhmdarlığına daxil olmaq planları ilə əlaqədar, "Aqrar-kredit" bank olmayan kredit təşkilatının qiymətləndirilməsini davam etdirir və martın əvvəlində bankın missiyasının Azərbaycana səfəri gözlənilir. Bu barədə bazar ertəsi "Aqrar-kredit"-dən məlumat veriblər. İlk qiymətləndirmə ötən ilin noyabrında baş tutub.

Kredit təşkilatı ötən il KPMG beynəlxalq audit şirkəti tərəfindən hazırlanan 2005 və 2006 -cı illərə görə audit hesabatını artıq Avropa Bankına təqdib edib. KPMG "Aqrar-kredit"-in gəlirini təsdiq edib. Hazırda 2007-ci ilə görə audit yoxlamasını həyata keçirəcək beynəlxalq şirkətlə müqavilə bağlanılması üzrə iş gedir. Ötən iki ilə görə, audit hesabatları artıq AYİB -ə təqdim edilib.

Azərbaycan Milli Bankı "Aqrar-kredit" -ə banka çevrilməsi üçün tam bank lisenziyası təqdim etməyə hazırdır. Bazar ertəsi AMB-dən verilən məlumata görə, bu, AYİB-in yeni kənd təsərrüfatı bankında pay iştirakı haqqında qərarından sonra baş tuta bilər. Avropa Bankı aqrar bankda 25 faiz səhmə iddia edir.

AYİB artıq ilkin razılıq verib. Lakin rəsmi qərar hələ qəbul edilməyib.

Hazırda kredit təşkilatı məhdud lisenziya əsasında fəaliyyət göstərir. Hökumət digər dövlət bankları - Azərbaycan Beynəlxalq Bankı və Kapital Bank ilə olduğu kimi, "Aqrar-kredit"-in dövlətsizləşdirilməsinin başlamasınadək onun kapitallaşdırılmasını davam etdirəcək. 2008-ci il üçün dövlət büdcəsində kredit təşkilatının kapitalının artırılmasına 1 mln. manat ayrılıb ki, "Aqrar-kredit" bunu 2007-ci ilin yekunlarına görə dividenlər kimi dövlət büdcəsinə verməyi planlaşdırır.

Kredit təşkilatının kapitalı 2007-ci il dövlət büdcəsi vəsaitləri hesabına 6,3 mln. manat verildikdən sonra 18 mln. manat səviyyəsində formalaşdırılıb.

Hələ bir qədər əvvəl AMB-nin rəhbəri Elman Rüstəmov aqrar bankın dövlət müəssisəsi olmayacağını, lakin bununla yanaşı, dövlətin onda işitrak etməli olduğunu bildirib. Bununla əlaqədar olaraq, AMB digər ölkələrdəki analoji modelləri öyrənir. Ölkə hökuməti ölkənin maliyyə ehtiyatlarında $1,2-1,3 mlrd. tələbatı olan aqrar sektorun inkişafında maraqlıdır və buna görə də kənd təsərrüfatı bankının tezliklə yaradılmasının qaçılmaz olduğunu anlamalıdır.

"Aqrar-kredit"-in əsas səhmdarı Azərbaycan Maliyyə Nazirliyidir və o, kredit təşkilatının 99,9 faiz səhminə malikdir. Digərləri isə, "Azersigorta" dövlət sığorta şirkəti və "Meliorasiya və su təsərrüfatı" ASC arasında bərabər şəkildə bölünüb.

Xəbər lenti

Xəbər lenti