...

Avropa Bankı Azərbaycan Dəmir Yolu üçün kreditə baxılması müddətini yenidən dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2008 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral/ Trend , müxbir S.Əliyev/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Direktorlar Şurasında Azərbycan Dövlət Dəmir Yolu (ADDY) üçün kredit müqaviləsinə baxılması müddətini fevraldan aprela keçirib. Bu barədə bankın məlumatında deyilir. Bu vəsaitləri Biləcəri və Böyük Şor qəsəbələri depolarında lokomotivlərə xidmət bazalarının yaradılması, həmçinin, istifadədə olan lokomotivlər üçün ehtiyat hissələrinin alınmasına yönəldiləcəyi güman edilir.

Bankın məlumatında Direktolar Şurası tərəfindən müqaviləyə aprelin 28-də baxılacağı deyilir. Müddət artıq dəfələrlə dəyişdirilib. AYİB layihəni $70 mln. qiymətləndirir. Bank bunun $50 mln.-nu kredit şəkilndə təqdim etməyə hazırdır.

Azərbaycan Dövlət Dəmir Yolu üçün Avropa Yenidənqurma və İnkişaf Bankı vəsaitləri hesabına lokomotivlərin alınması layihəsi ADDY-nin dəmir yolu əməliyyyatlarının təhlükəsizliyini və effektivliyini artıracaq, yol trafikinin 75 faizini təşkil edən neft və neft məhsulları daşınmaları zamanı neftin dağılması riskini azaldacaq.

AYİB-in krediti elektrik lokomotivlərinin, depoların avadanlıqlarının yenilənməsi və yeni maşınların alınmasına yönələcək.

Layihənin hazırlanması üzrə işlər Britaniyanın Trust Fund şirkəti tərəfindən 49,95 min avro həcmində maliyyələşdirilir.

Xəbər lenti

Xəbər lenti