...

AYİB Azərbaycanın prosessinq mərkəzində səhmlərin alışı haqqında qərarı elan etməyə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2008 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral/ " müxbir İ.Xəlilova/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) fevralın sonunadək qərar gəlməyə hazır olması haqqında "Millikart" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məlumatlandırıb. Bu barədə bazar ertəsi mərkəzin icraçı direktoru Cəlal Orucov məlumat verib.

Bu məsələ AYİB-in Direktorlar Şurasının təsdiqinə çıxarılanadək onun ekspertlərinin Bakıya səfəri baş tutacaq. Orucov Avropa Bankının mərkəzdə iştirak etmək arzusunu hələ ki, qeyri-rəsmi təsdiqlədiyini qeyd edib. Proessinq mərkəzinin 2012-ci ilədək növbəti beş ildə inkişafının biznes-planı və 2010-cu ilədək proqnozlar tanışlıq üçün banka verilib.

Mərkəzin səhmdarları Avropa Bankına nominal üzrə 9 faiz səhm vermək haqqında qərar qəbul ediblər. AYİB-ə verilən səhm paketinin nominal dəyəri 270 min manat təşkil edir.

Bu gün bankların mərkəzin kapitalında minimal iştirak ölçüsü 1, maksimal 10 faiz təşkil edir. Hazırda o, 18 səhmdar tərəfindən 4 mln. manat həcmində formalaşdırılıb.

Avropa Bankına öz səhmlərinin bir hissəsini ParaBank səhmdar-kommersiya bankı güzəştə gedib. 2006-cı il iyulun 14-də MMC təsis olunan zaman ParaBank 10 faiz iştirak payı ilə mərkəzin səhmdarları sırasına daxil olub. Lakin sonra o, 9 faiz səhmi satmaq və öz mülkiyyətində cəmi bir faiz saxlamaq niyyətində olduğunu bildirib.

Mərkəzin təsisçiləri aşağıdakılardır: Atabank, Azerdemiryolbank, Azertürkbank, Bank of Baku, CIBank, Debütbank, Əmrahbank, Xalqbank, Kredobank, Azərbaycan Mikromaliyyələşdirmə Bankı, ParaBank, Rabitəbank, Bank Respublika, Bank Standard, Texnikabank, Turanbank, UniBank və Zaminbank.

Xəbər lenti

Xəbər lenti