...

Bakı Fond Birjasında Milli Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2008 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend / Fevralın altısında 11:00-dan 12:30-dək Bakı Fond Birjasında Milli Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək,-- çərşənbə axşamı Bankın yaydığı məlumatda bildirilir.

Notların Dövlət qeydiyyat nömrəsi 50100519S, ümumi həcmi 60 000 000 AZN təşkil edir, hərraca çıxarılan həcm - 55 000 000 AZN, bir notun nominal dəyəri - 200 AZN, notların tədavül müddəti - 28 gündür.

Hərrac zamanı, notlar buraxılışının 20%-dən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Ödəmə tarixi - 5 mart.

Xəbər lenti

Xəbər lenti