...

Neft Nazirliyi İraqın energetika sektorunun inkişafını ləngidir-keçmiş Baş nazir Ayad Əlləvi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2008 11:10 (UTC +04:00)
Neft Nazirliyi İraqın energetika sektorunun inkişafını ləngidir-keçmiş Baş nazir Ayad Əlləvi

Azərbaycan, Bakı, 08 fevral/ Trend , müxbir R.Hafizoğlu/ İraqın Neft Nazirliyinin Kürd muxtariyyəti hakimiyyəti ilə müqavilə imzalamış beynəlxalq neft şirkətləri ilə əməkdaşlığı dayandırması qərarı İraqı neft-qaz sektorunun inkişafında tərəqqidən uzaqlaşdırır. Cümə günü İraqın keçmiş Baş naziri Ayad Əlləvi Trend -la eksklüziv müsahibədə bildirib.

Xarici KİV-in məlumatlarına görə, Bağdadla və kürd hökuməti ilə müqavilə bağlayan şirkətlər arasında ərəb Crescent, Kanadanın Western Oil Sands və Heritage Oil, Hindistanın Reliance Industries və Avstriyanın OMV şirkətləri var. 2007-ci ilin dekabrında İraqın Neft Nazirliyi Cənubi Koreyanın SK Energy şirkəti ilə neftin Cənubi Koreyaya ixracı üzrə müqaviləni pozub. Belə ki, başda Korea National Oil Corp. Olmaqla, SK Energy və GS Holdings şirkətlər konsorsiumu onlara kürd muxtariyyəti tərəfindən verilən neft hasilatı üzrə layihəni federal hakimiyyətlə razılaşdırılmadan bəyənib.

"Kürdüstanda işləməyə çalışan beynəlxaql neft şirkətləri ilə əməkdaşlığı dayandırmaq haqqında qərar (neft nazirliyi) gələcəkdə təcrid olunmağa və gərginliyə aparır", - hazırda İraqın "Xalq Cəbhəsi" müxalifət partiyasının rəhbəri olan Əlləvi bildirib.

Əlləvi artıq bir neçə ildir "biz hər hansı iri investisiya görmürük" - deyərək, İraqın neft-qaz sektorunun ümumi inkişafından narazılıq ifadə edib. 2008-ci ilə İraq gündə, orta hesabla, üç mln. barel neft hasil etməyi planlaşdırırdı. Lakin bu həcmdə neft istehsalına nail olmaq mümkün olmayıb.

İraqın keçmiş Baş naziri Neft Nazirliyinin ölkədə gündə üç mln. barel neft hasilatına "müxtəlif səbəblərdən" nail ola bilmədiyi qənaətindədir.

"Nazirlik parlamentə karbohidrogenlər haqqında Qanun olması vacibliyini izah edə bilməyib. Milli neft şirkətinin formalaşdırılmaması və həcmin (neftin) artırılması üzrə müvəqqəti tədbirlərin tətbiq edilməsinə etinasızlıq, vəziyyət normallaşmayanadək təsir göstərəcək", - Əlləvi bildirib.

Xəbər lenti

Xəbər lenti