...

Daha bir Azərbaycan bankı xaricdə öz nümayəndəliyini açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2008 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral/ " , müxbir İ.Xəlilova/ "Zamin Bank" səhmdar cəmiyyəti Azərbaycandan kənarda - Moskvada öz birinci nümayəndəliyini açıb. Bu barədə bankın Müşahidə Şurasının sədri Nadir İsmayılov məlumat verib.

Onun sözlərinə görə, Rusiya Mərkəzi Bankı 2010-cu il 2 sentyabr müddətinədək "Zamin Bank"a icazə təqdim edib. ( Azərbaycandan fərqli olaraq digər ölkələrin Mərkəzi bankları fəaliyyət göstərmək üçün icazəni müəyyən dövr üçün verirlər)

İsmayılov RF-də nümayəndəliyin açılmasının ötən il "Zamin Bank"da yaradılan Caspian Money Transfer beynəlxalq pul köçürmələri sisteminin əhatə şəbəkəsinin artırılması imkanlarını genişləndirdiyini hesab edir. Bununla əlaqədar olaraq bank, MDB-nin digər ölkələrində də bankın nümayəndəliklərinin açılması perspektivini nəzərdən keçirir.

İndiyədək yalnız Azərbaycan Beynəlxalq Bankı xarici maliyyə bazarlarında öz strukturlarını açıb və hazırda London, Lüksemburq, Dubay və Frankfurtda nümayəndəliyi var. Törəmə bankları isə Moskva və Gürcüstanda fəaliyyət göstərir.

Məqalə müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlamaq olar.

Xəbər lenti

Xəbər lenti