...

Azərbaycanın Milli Bankı kommersiya ipotekası üzrə dərəcələri yüksəltmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2008 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / " müxbir Ü.İsmayılova / Azərbaycanın İpoteka Fondunun birinci iş təcrübəsi göstərib ki, əhali arasında məhz kommersiya ipotekasına böyük tələbat var, - bazar ertəsi Azərbaycanın Milli Bankının idarə heyətinin sədri Elman Rüstəmov deyib.

"İl ərzində banklar tərəfindən 6,2 min nəfərə 220 mln. manat ipoteka kreditinin ayrılması buna sübutdur", - Rüstəmov deyib.

Azərbaycanın İpoteka Fondu 2006-cı ilin martından 2007-ci ilin iyununadək kredit verib. Fond, vəsait çatışmazlığı səbəbindən kredit verilməsini dayandırıb.

Rüstəmov deyib ki, fevralda Azərbaycanın Milli Bankı, hökumətə ölkədə ipoteka kreditləşməsinin həyata keçirilməsi haqda təkliflər paketi təqdim edib. Paketə kommersiya ipotekasının canlanması və dərəcələrin artırılması haqqında təkliflər daxildir, - Rüstəmov deyib.

"Faiz dərəcəsinin məhz nə qədər olacağını demək, hələ çox çətindir, hər şey əsas baza makroiqtisadi göstəricilərdən asılı olacaq", - Rüstəmov deyib.

AİF, 23 səlahiyyənlənmiş bank təşkilatı vasitəsilə verilən ipoteka kreditlərini yenidən maliyyələşdirib.

Xəbər lenti

Xəbər lenti