...

Azərbaycan hökuməti tikinti sektorunda işlərin vəziyyətindən narazıdır-Baş nazirin müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2008 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral/ " müxbir Ü.İsmayılova, Q.Cəbiyev/ Azərbaycan hökuməti tikinti sektorunda işlərin vəziyyətindən narahatdır. Bu barədə Trend -a Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov məlumat verib.

"Tikinti sektorunda problemlərin aradan qaldırılması və təhlükəsizliyin təmin edilməsi üçün biz müxtəlif tədbirlər keçirmək niyyətindəyik", - Şərifov bildirib.

2007-ci ilin avqustunda Bakının mərkəzi küçələrinin birində tikilməkdə olan 16 mərtəbəli bina uçub və nəticədə, 25 nəfər həlak olub. Hadisə yerində işləyən mütəxəssislərin rəyinə görə, uçmaya səbəb ya tikinti zamanı binanın konstruksiyasının düzgün istifadə edilməməsi ya da ixtisassız işçi qüvvəsindən istifadə olub.

2007-ci il avqustun 30 -da Azərbaycan prezidenti "Tikinti sektorunda nəzarətin gücləndirilməsi haqqında" fərman verib.

Şərifov bildirib ki, martdan başlayaraq, tikinti sektorunda təhlükəsizliyin təmin edilməsi üçün regionların icra komitələrinin rəhbər və müavinləri, həmçinin, yerli memarlar arasında seminarlar keçiriləcək.

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Əmək Müfəttişliyinin məlumatına görə, 2007-ci ildə tikinti sektorunda 70-dən çox insan həlak olub.

Məqalə müəllifinin əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti