...

Azərbaycanın Dövlət Baytarlıq Xidməti Afrika taunu xəbərdarlığı üzrə monitorinq keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2008 20:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir S.Babayeva / Çərşənbə günü Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Afrika taunu xəbərdərlığı üzrə monitorinqi başa çatdıracaq, - Dövlət Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib.

"Qəbələ rayonunun Nic kəndində virusun [Afrika taununun] əmələ gəlməsindən sonra donuzçuluq təsərrüfatı olan bütün regionlarda monitorinq keçirilməsi qərarı qəbul edilib", - o deyib.

Monitorinq Mingəçevir, Xaçmaz, Qusar, Oğuz, Şəki, İsmayıllı, Qax, Şəmkir, Tovuz, Bakı rayonlarını əhatə edlib.

Azərbaycanda ilk dəfə Afrika taununun əmələ gəlməsi bu ilin yanvarında Qəbələ rayonunun (Bakıdan 250 km) Nic kəndində qeydə alınıb. Bununla əlaqədar, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq Xidməti yanvarın 28-də Afrika taununun aşkara çıxarılması səbəbinə görə, Nic kəndində karantin elan edib və karantin bir ay ərzində qüvvədə qalacaq. Virus arealının yayılmasının qarşısını almaq üçün Nicdə dörd mindən artıq donuz məhv edilib.

Xanvəli bildirib ki, monitorinq zamanı mütəxəssislər yerlərdə maarifçilik işləri aparır və laborator araşdırmalar üçün donuzların qan nümunələrini götürürlər. Nəticələr daha sonra açıqlanacaq.

Donuzların Afrika tanunu (Pestis africana suum)- retikul-edotelial sistemin yoluxması ilə xarakterizə edilən kəskin virus xəstəliyidir. Təbii yoluxma sağlam donuzların xəstə və virus daşıyıcları onlarlar ilə əlaqəsi zamanı baş verir. İnfeksiya yem, otlaq, nəqliyyat vasitəsilə yayıla bilər. İnkubasiya dövrü 2-5 gündür. Müalicə hələ ki, tapılmayıb. Xəstəliyin yüksək təhlükəsizlik səviyyəsinə və çox sürətlə yayıla bilmək qabiliyyətinə görə, profilaktik tədbirlər xəstə olması güman edilən heyvanların ciddi izolyasiyasına yönəlib.

2007-ci ildə virus Gürcüstan və Ermənistanda aşkar edilib. Bu gün bu ölkədə Afrika taununun yaranması səbəbinə görə, Azərbaycanın bu ölkədən donuzların alınmasına ötən il iyunun 7-də qoyduğu qadağa qüvvədədir. Münaqişəli münasibətlərə görə, Ermənistanla heç bir iqtisadi əlaqə yoxdur.

Qəbələ daxil olmaqla, ölkə təsərrüfatlarında 20 min donuz saxlanılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - Sabina

Xəbər lenti

Xəbər lenti