...

İl ərzində Azərbaycanda ən iri bankın aktivləri təxminən 50 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2008 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir İ.Xəlilova / 2007-ci ilin yekununa əsasən, Azərbaycan Beynəlxalq Bankının (ABB) xalis mənfəəti inişilə nisbətən 2,02 dəfə artaraq, 51,529 mln. manat təşkil edib, - bazar ertəsi bankdan deyiblər.

Ötən il ABB -nin aktivləri il ərzində 47,6 faiz artaraq 2 600,6 mln. manat təşkil edib.

Bankın kredit portfeli 1 883,2 mln. manat təşkil edib. Bununla belə, istehlakçı kreditinin payına 209,6 mln. manat düşür. Hüquqi və fiziki şəxslərin ümumi depozit həcmi, fiziki şəxslərin 373,966 mln. manat əmanəti daxil olmaqla, 1603,79 mln. manat (bank depozitini çıxmaqla) təşkil edib.

ABB-nin ümumi kapitalı 273,829 mln. manat səviyyəsində formalaşıb. Nizamnamə kapitalının payına 100 mln. manat düşür.

Xalis mənfəətin bankın aktivləri üzrə otra qalığa nisbəti (POA göstəricisi) 2,49 faiz, xalis mənfəətin balans kapitalı üzrə otra qalığa nisbəti (POE) isə - 23,29 faiz təşkil edir.

2008-ci il yanvarın 1 -nə olan vəziyyətə görə, ABB -nin 36 filialı var.

Xəbər lenti

Xəbər lenti