...

ALŞA BMİ ilə Azərbaycanda lizinq problemlərini müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2008 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral/ " müxbir Ü.İsmayılova/ Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyası (ALŞA) çərşənbə günü Dünya Bankının Bakıdakı nümayəndəliyi ilə lizinq bazarının problemlərini müzakirə edəcək. Bu barədə çərşənbə axşamı Assosiasiyanın idarə heyətinin sədri Azər Məmmədov məlumat verib.

"Biz "Azərbaycanın maliyyə sisteminin təkmilləşdirilməsi" layihəsinə lizinqin daxil edilməsi haqqında təkliflə çıxış etmək niyyətindəyik", - Məmmədov bildirib.

Yeni "Azərbaycanın maliyyə sisteminin təkmilləşdirilməsi" layihəsinin qiymətləndirilməsi və onun komponentlərinin dəqiqləşdirilməsi üçün bankın maliyyə sektoru üzrə baş mütəxəssisi (layihənin rəhbəri) Maykl Edvards fevralın 14-dən Bakıdadır. Ötən müzakirələrin gedişində layihənin maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə, sığorta, bank infrastrukturunun və kapital bazarlarının inkişafı sahəsində dörd ünsürü formalaşdırılıb.

Məmmədovun sözlərinə görə, Maykl Edvardsla görüşdə Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) nümayəndəsi Aliyə Əzimova da iştirak edəcək.

2004-cü ildən BMK "Azərbaycan və Mərkəzi Asiyada lizinqin maliyyələşdirilməsi Fondu nəzdində texniki yardım" Layihəsini reallaşdırır. Layihə 2008-ci ilin iyulunda başa çatdırılacaq.

"Biz Dünya Bankının nümayəndələri ilə Azərbaycanda lizinqin problemlərini müzakirə etmək niyyətindəyik və lizinq fəaliyyətinin dinamik artımını nəzərə alaraq, onlar tərəfindən başa düşüləcəyimizə ümid edirik", - Məmmədov bildirib.

Assosisasiya 2004-cü il oktyabrın 27-də Ataleasing, Unileasing, Muganleasing şirkətləri tərəfindən, BMK-nın Azərbaycanda lizinqin inkişafına texniki yardım layihəsi çərçivəsində təsis edilib. ALŞA-ya illik üzvlük haqqı 830 manat ölçüsündə müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti