Azərbaycan, Bakı, 19 fevral/ " Yanvarda ümumi kənd təsərrüfatı məhsulları üzrə istehsal qiymətləri ötən ayla müqayisədə 1,1 faiz, 2007-ci ilin yanvarı ilə müqayisədə isə, 3,3 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvarda bitkiçilik, tərəvəzçilik üzrə qiymət indeksi, 2007-ci ilin dekabrı ilə müqayisədə, 101,8 faiz təşkil edib. Meyvələrin, fındığın qiyməti 0,5 faiz, tərəvəz və bağçılıq məhsullarının qiyməti 3 faiz artıb.
Heyvandarlıq məhsulları üzrə qiymət indeksi ötən ayla müqayisədə 101 faiz təşkil edib. İribuynuzlu mal-qara və onun məhsullarının qiyməti 1,5 faiz, diri quş və yumurtanın - 0,8 faiz, xırdabuynuzlu mal-qara (qoyunlar) məhsullarının - 0,5 faiz artıb. Meşə və balıqçılıq təsərrüfatı məhsullarının qiyməti 0,1 faiz azalıb.